ArxivXəbər lentiXəbərlər

BMT TŞ-nin Azərbaycanla bağlı qətnamələri barədə heç kim danışmaq istəmir

 BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələri barədə heç kim danışmaq istəmir.

bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda sessiyada çıxışı zaman deyib.

N.Məmmədov bildirib: “Beynəlxalq hüquq aparıcı ölkələrin marağına xidmət edir, amma bu bizim ölkə üçün beynəlxalq hüquq ədalət deməkdir. Əgər hər hansı məsələ böyük ölkələrin marağındadırsa, siz bu məsələni gecə-gündüz müzakirə etməyə hazırsınız. Nümunə üçün, Liviya məsələsində BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib. Ancaq BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələri barədə heç kim danışmaq istəmir.

Bu məsələ ATƏT-in Minsk qrupunun həmsdərlərinin monopoliyasındadır. Onlar deyirlər ki, biz əlimizdən gələnin ən yaxşısını edirik. Mən sizdən soruşuram, niyə bu baş verir? Mən heç kimdən Ermənistanın beynəlxalq hüququ pozması barədə və mənim ölkəmdə olan münaqişədən narahatlıq keçirməsi barədə bir kəlmə də eşitmədim. Bizim bütün proseslərdə ədalətli mövqeyə ehtiyacımız var. Ancaq biz bunu görə bilmirik, çünki aparıcı ölkələr bu məsələnin həllində maraqlı deyillər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button