Tbilisidə “Məbəs” bayramı tədbiri keçirilib – Foto

İslamazeri.az-ın verdiyi xəbərə görə, Tbilisidə Poniçala qəsəbəsində yerləşən “Əhlibeyt” adına məsciddə axşam namazından sonra Məbəs bayramı ilə əlaqədar mərasim keçirilib.
Kərbəlayi Rza Cəfərinin Quran tilavət etməsi ilə başlayan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əhlibeyt adına Məscidin axundu Hacı Rahid Kərimov çıxış edərək Məbəs bayramı ilə əlaqədar möminləri məlumatlandıraraq Hz. Peyğəmbərin fəzilət, məqam, risalət və sifarişləri barədə söhbətlər ediblər. Mərasimə qonaq olan Badi-kubə ilahilər qrupunun üzvləri Hz. Peyğəmbərin (s) şəninə qəsidə və ilahilər oxuyublar.
Mərasim bayram süfrəsi və dua ilə sona çatıb.
– See more at: http://islamazeri.az/tbiliside-mebes-bayrami-tedbiri-kecirilib-foto–35035.html#sthash.pKgJtYnG.dpuf