ArxivNardaranXəbər lentiXəbərlər
Nardaran hadisələri zamanı həbs edilənlərdən birinə hökm oxundu: 2 il 6 ay

Nardaran hadisələri zamanı silah saxlama ittihamı ilə həbs olunan Babayev Mötəbərə hökm oxunub
Bu haqda İslamazeri.az-a Sabirabad inanclılarından məlumat verilib.
Məlumata görə, Nardaran hadisələri zamanı saxlanılan Sabirabad sakini Babayev Mötəbərin Sabirabad Rayon Məhkəməsinində işinə baxılıb.
O, ACM-nin 228.1-ci maddəsilə saxlanılmış və bu ittihamlarla məhkəməyə çıxarılıb.
Prosesdə hakim Mikayil Qarayev ona 2 il 6 ay həbs cəzası oxuyub.
Yaxınlarının məlumatına görə, Babayevin vəkili apellyasiya şikayəti verib.
Qeyd edək ki, Babayev Mötəbər ötən ilin noyabr ayının 30-da Nardaran hadisələri zamanı keçirilən əməliyyat zamanı saxlanılıb.