Ayətüllah Amili səudiyyəlilərin tərəfindən həcc mərasiminin dayandırılmasını qınamışdır

Ayətüllah Amili Al-Səudun 70 min İran hacılarının ziyarətinə mane olmasını İrana qarşı təbliğ hesab edərək demişdir: onlar islam dünyasında belə bir mövqedən çıxış edəcəklər ki, guya iranlılar həccə inanmır və rəğbət göstərmirlər
Ayətüllah seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazında həcc ziyarətinin səudiyyəlilər tərəfindən dayandırılmasını qınayaraq demişdir: Beytüllah-Haram həcci Allah-Taalanın şəairlərindəndir. Onları təhqir etmək və Allahın yoluna mane olmaq birinci növbədə Allaha qarşı hörmətsizlikdir. Vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi demişdir: Dövlət Mina hadisəsi və həccin dayandırılması ilə əlaqədar daha kəskin ola bilərdi ki, Al-Səud öz hesabına getsin. Ayətüllah Amili Al-Səudun 70 min İran hacılarının ziyarətinə mane olmasını İrana qarşı təbliğ hesab edərək demişdir: onlar islam dünyasında belə bir mövqedən çıxış edəcəklər ki, guya iranlılar həccə inanmır və rəğbət göstərmirlər. O, Mina şəhidləri uğrunda və həcc ziyarətinin dayandırılması ilə əlaqədar dövlət diplomatiyasının zəifliyini tənqid etmişdir. vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi sözlərini davam etdirmişdir: Al-Səudun regionda fitnə yaratmaq və dünya imperializminin mənafeyini təmin etmək cəhdləri məğlubiyyətə uğramış, sionist rejimlə səmimi əlaqələrinin ifşa olunması onları islam dünyası və azadələr qarşısında tamamilə biabır etmişdir. Amili artırmışdır: Al-Səud tərəfdarlarının Livanda Hizbüllah partiyası qarşısında seçki məğlubiyyəti region əhalisinin bu rejimə nifrətini aydıncasına nümayiş etdirir. O, namazın birinci xütbəsində xürafə mövzusuna işarə edərək demişdir: Xrafələrin içində din adı ilə rəvac verilən xürafələr çox çirkin və bəyənilməzdir. Hər bir mömin və müsəlman bu kimi xürafələrə məntiqi yanaşmalıdır.