ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Tehrana səfər edib

İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün səhər İranın Mərkəzi Bankının baş müdiri Vəliullah Seyfin rəsmi dəvətilə Tehrana yola düşüb.

Möhsün Pak Ayinin sözlərinə görə, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri bu səfərdə İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri və İranın Mərkəzi Bankının baş müdiri ilə görüşərək, onlarla qarşılıqlı əməkdaşlıqların inkişafı haqda danışacaq.

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkə arasında bank həmkarlıqlarının iqtisadi münasibətlərin inkişafındakı önəminə işarə edərək, deyib: Tehran və Bakıda müştərək bankların təsisi və işgüzar əlaqələrin qurulması iki ölkənin iş gündəmində durur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button