ArxivXəbər lentiXəbərlər
Azərbaycan R. xarici işlər nazirinin Minsk qrupunun həmsədrləri ilə görüşü

Azərbaycan Respublikasının xarici işlər naziri Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev dünən gecə bildirib ki, bu görüşdə Qarabağ münaqişəsinin mümkün olan tez bir zamanda həlli məsələsi nəzərdən keçirilib.
Elmar Məmmədyarovun Brüsselə səfərdə məqsədi, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə zəmin yaratmaq elan olunubdur.
Elmar Məmmədyarov bazar ertəsi günü Brüsselə səfər edib.