ArxivXəbər lentiXəbərlər

İran beynəlxalq səhnədə aktiv iştiraka çalışır

İran xarici işlər nazirinin müavini beynəlxalq səhnədə aktiv iştirakı İran İslam Respublikasının xarici siyasətinin önəmli prioritetlərindəna adlandırıb.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin təhsil məsələləri üzrə müavini Hadi Süleymanpur şənbə günü Bakıda Azərbaycan Diplomatiya Akademiyasının müəllimləri və tələbələrindən bir qrupu ilə görüşdə deyib: İran sanksiyaların ləğvindən sonra gələcək illərdə beynəlxalq və regional səviyyədə daha aktiv iştiraka çalışacaq.

İran xarici işlər nazirinin müavini əhəmçinin İran İslam Respublikasının regional və beynəlxalq səviyyədə iqtisadi və ticarət əlaqələrini genişləndirmək üzrə iradəsinə toxunub və deyib: Gələcək illərdə azad ticarətə nəzarət İranın diqqət mərkəzində duran məsələlərdən biri olacaq.

Süleymanpur regiondakı mövcud gərginliklərdən təəssüflənib: İslam Respublikası regionun təhlükəsizliyi, stabilliyi və inkişafın nəticələrindən maksimum faydanlanmaq ardıncadır.

Azərbaycan Diplomatiya Akademiyasının rektor müavini Fariz İsmayılzadə də bu görüşdə deyib: İran İslam Respublikasının siyasət, iqtisadiyyat və sairə sahələrində potensialları regional əməkdaşlıqlar üçün xüsusi əhəmiyyətə malikdir.

Hal-hazırda Azərbaycan Diplomatiya Akademiyasında 40 müxtəlif ölkədən tələbələr təhsil alır.

İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur Bakıya iki günlük səfərə çıxıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button