ArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei millət vəkilləri ilə görüşdü

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün İran parlamentinin sədri və nümayəndələri ilə görüşüb.

 İran İslam İnqilabının böyük rəhbəri Həzrəti Ayətullahül-üzma Xamenei bu gün 10-cu İslami şura məclisinin sədri və üzvləri ilə görüşündə, parlamentin başda durması prinsipi və onun güclü fəaliyyətinin vacibliyini vurğulayaraq bildiriblər: Parlament ölkəyə sakitlik bəxş edərək qanunvericilikdə inqilabçı olmalı, Amerikanın düşmən və qərəzli mövqelərinə reaksiya verməli və dünyanın hegemonçu güclərinin siyasətləri qarşısında müqavimət göstərməlidir.
İslam inqilabının böyük rəhbəri bildiriblər: İslami şura məclisinin deputatları müqavimət iqtisadiyyatının reallaşmasında son dərəcə təsirli rola malikdirlər ona görə ki, hökumətin iqtisadi təşəbbüslərini müqavimət iqtisadiyyatı istiqamətinə yönəldə bilər və bunu hökumətdən tələb edə bilərlər.
Həzrəti Ayətullahül-üzma Xamenei ABŞ hökuməti və konqresinin İrana qarşı düşmənçi rəftarına toxunaraq deyiblər: Düşmənlərin həyasızlıqları qarşısında meydana gəlmək, möhkəm cavabla onların ağızlarını bağlamaq lazımdır ona görə ki, düşmən siyasi ərsədə öz təşəbbüslərini reaksiyalar əsasında planlaşdırır və müqabil tərəfin təsir altında olduğunu, geri oturmağa meyilli olduğunu hiss edərsə öz mövqeyində sərtləşir və tamahkarlıq edir.
Həzrəti Ayətullahül-üzma Xamenei düşmənin regiondakı planlarını şərh edərək bildiriblər: Düşmən önəmli və həssas olan qərbi Asiya regionu üçün müəyyən planlara malikdir və həmin planların reallaşmasına mane olan İranın siyasətlərini təsirsizləşdirməyə çalışır.
İslam inqilabının böyük rəhbəri deyiblər: İslam və müsəlmanların çoxluq təşkil etməsi, zəngin neft ehtiyatları və strateji su yollarının mövcud olması eləcə də sionist rejimin mövcudluğu qərbi Asiyanı düşmən üçün önəmli edib, onların bu region üçün planları öncədən dedikləri “yeni ortaşərq” və ” böyük orta şərq” planından ibarətdir.
İslam inqilabının böyük rəhbəri Amerikanın regionda xüsusi ilə də İraq, Suriya, Livan və Fələstindəki planlarının İran İslam Respublikasının müqaviməti nəticəsində reallaşmamasına toxunaraq deyiblər: Hegemonçu siyasətlər qarşısında müqavimət göstərmək və hegemonçuların əsil simasını ifşa etmək lazımdır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button