ArxivXəbər lentiXəbərlər
Bakıdan Təbrizə aviareys açıldı

“Azərbaycan Hava Yolları” şirkəti (AZAL) Bakı-Təbriz-Bakı istiqamətində uçuşlara başlayıb.
İyun ayının 6-dan etibarən hər həftənin bazar ertəsi günləri və cümə axşamı günləri həyata keçirilir.
Bakıdan uçuşlar saat 09.00-da, Təbrizdən isə saat 12.20-də həyata keçirilir.
Ekonom sinif üzrə bir tərəfli uçuş qiymətləri 145 manat, gediş dönüş biletlərini isə 270 manata əldə etmək olar. Bu qiymətə təyyarədə səhər yeməyi, 23 kiloqramlıq baqaj və 10 kiloqram əl yükü daxildir.