Aktual

Azərbaycan dövləti təcavüzkar Ermənistanı enerji ilə təmin etməyə yaşıl işıq göstərdi

1990-cı ilin əvvəllərində dünynın iki hərbi super-gücünün birinin çökməsi sovetlər birliyi ölkələrinə müstəqillik hədiyyə etsə də bu ölkələri bir-birilə qədim etnik çəkişmələrə gətirib çıxardı. Bundan əlavə bu ölkələr ağır iqtisadi və təhlükəsizlik durumla da qarşılaşdı. Sözü gedən ölkələrin bəziləri o cümlədən Azərbaycan iqtisadi problemlərini neft və qaz yataqları hesabına qismən həll edə bildi. Əlbəttə, hələ də ölkənin neftdən gələn gəlirinin əsas hissəsi Britaniyanın nəhəng neft şirkətlərinin cibinə axır.

Digər bir problem Azərbaycanla Ermənistan arasında yaranmış Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin böyük bir hissəsi-20%-i Ermənistan tərəfindən işğal edildi və bir milyondan çox azərbaycanlı öz yurd-yuvalarından köçkün düşdülər. Əlbəttə, bu arada Qarabağ şəhidlərinin fədakarlığını unutmaq olmaz və o gün onlar qanlarından keçməsəydilər, ola bilsin ki, indi Azərbaycanın böyük bir hissəsi ermənilərin işğalında olardı.

İnsanların haqsız ölümündən, torpaqların işğalından çox azad insanları ağrıdan bu ölkənin hərbi və siyasi rəsmilərinin səriştəsizliyi, tədbirsizliyi və comərd olmamaqlarıdır. Müharibə getdiyi bir şəraitdə hərbi komandirin birbaşa göstərişi ilə Ermənistanın Sünik rayonunu üç gün işıqla təmin etmək, yaxud hərbi əməliyyat zamanı bəzi satqın komandirlərin hücum əmri verməməsi, ya müharibə vaxtı əsgərərin payının satılması və bunun kimi tarixə yazılmış bir çox mövzular insanın ürəyini ağrıdır, əfsusa səbəb olur.

Qarabağın işğalından iki onillik ötdüyü, Qarabağ müharibəsi veteranları hələ də ağır şəraitlə əlbə-yaxa olduğu, lakin bununla belə öz keçmişlərindən peşman olmadığı bir halda SOCAR şirkəti Azərbaycan xalqına qarşı yeni bir xəyanəti açıqladı.

Azərbaycanın dövlət şirkəti olan SOKAR rəhbəri ölkəsinin dünya bazarında enerji ixracında tutduğu yerindən və Avropanın enerji ilə təmin edilməsindən danışıb və sözünün davamında Ermənistanın qonşu ölkə hesab etdiklərindən bu ölkə əgər istəsə, onu enerji ilə təmin etmək məsələsini araşdıra bilməyin mümkün olmasını açıqlayıb. Bu mövzu həqiqətdə Azərbaycanın təcavüzkar olan Ermənistanı enerji ilə təmin etməsinə yaşıl işıq göstərməsidir.

Bu mövzu açıq-aşkar şəkildə Azərbaycanın mediasının xəbərlərində özünə yer tutur. Halbuki, bu media həmişə İranın Ermənistana kömək etməsini yazır və digər ölkələrin təcavüzkar Ermənistanla iqtisadi münasibətlərinə qarşı ikili siyasət yürüdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button