ArxivXəbər lentiXəbərlər
Azərbaycan Ermənistanı atəşkəsin icrasına maneə adlandırdı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Rəsmi İrəvan status-kvonun dəyişilməsi və atəşkəs razılaşmalarının icrasına maneədir.
Trend İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev şənbə günü deyib: beynəlxalq ictimaiyyətin də tələbi olduğu Qarabağdakı status-kvonun dəyişilməsi rəsmi İrəvanın maneələri ilə üzləşir və özü də ona etiraf edir.
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda etdiyi çıxışında ixtilafların həlli və atəşkəs razılaşmasının icrasına mane olan şərtləri bəyan edib. Bunun özü Dağlıq Qarabağ məsələsinin həlli üçün Ermənistanın təxribatçılığan etiraf hesab olunur.