İmam Xomeyninin (r) təyin etdiyi İmam Camaata tövsiyələri

İran İslam inqilabından öncə İmam Xomeyni (ə) zalım şah tərəfindən sürgün edilməzdən öncə böyük zavod sahiblərindən biri Tehranda bir məscid inşa etdi. Tacir İmam Xomeyninin hüzuruna gəlib ondan xahiş etdi ki, məsciddə islam təbliği və imam camaatlıq üçün təyin etsin.
İmam Xomeyni (r) öncə bu məsuliyyəti qəbul etmək istəmirdi. Məscidin ehtiyacını hiss edərək bir ruhanini bu iki ilahi vəzifəni yerinə yetirmək üçün təyin edib yolladı və ruhaniyə belə buyurdu:
“Sizin gedəcəyiniz məsciddə təbliğ və imamlıqdan əlavə iki mövzu haqqında vəzifəniz var:
Birincisi: O məsciddə mənim adım çəkilməsin.
İkincisi: Siz məscidin xeyriyyəçisi ilə elə rəftar etməyin ki, müsəlman və möminlər baxanda elə düşünməsinlər ki, onun mal və sərvətində biz ruhanilərin gözü var.”
Ayətullah Şeyx Həsən Saneinin xatirələrindən.