ArxivXəbər lentiXəbərlər

Rusiyanın Qarabağ böhranına yanaşması

Sovetlər Birliyinin parçalanması Qafqazdakı qüvvələr arasında güc balansının pozulmasına səbəb oldu və nəticədə məntəqədə bir sıra müharibələr alovlandı. Beynəlxalq camiənin narahatlığına səbəb olan Yuqoslaviyanın parçalanması müharibəsi və Qarabağ müharibəsi də bu güc balansının pozulmasının nəticəsidir. SSRİ-nin çökməsindən sonra geopolitik elementlər Amerikanın ona yaxın olan rəhbərlər vasitəsilə öz nüfuzunu Rusiyanın nüfuzu altında olan regionlara tərəf genişləndirməsinə səbəb oldu.
Qarabağ, Cənubi Qafqazda qarşıdurma ölkələri olan Azərbaycan və Ermənistan və onun ətrafında üç ölkə: İran, Türkiyə və Rusiya üçün ideoloji əhəmiyyət daşımaqdan daha çox geopolitik önəm daşıyır.
Qafqaza aid olan mühüm mövzulardan biri Rusiya, Amerika və Avropa ölkələri kimi böyük güclərin bu regionda rəqabətidir. Qarabağ konfliktinin qarşıdurma tərəfləri arasında atəşkəs elan edildiyi uzun müddətdən sonra yenidən qızışmasının səbəbi nədir? Nə üçün Qarabağ münaqişəsinin həll edilməsi yolunda indiyə qədər ciddi addım atılmayıb? Bu böhrana Rusiyanın yanaşması nədir?
Üçüncü tərəflərin Qarabağ münaqişəsində dəxalət və rolu səbəb olmuşdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən uzun bir zaman ötməsinə baxmayaraq böhran hələ də öz həllini tapmamış qalsın.
Bəzi analtiklərin nəzərinə görə üçüncü qüvvələrin dəxaləti atəşin daha da alovlanmasında təsir qoymuşdur. Azərbaycanın qərbə yaxınlaşmasını hiss edən Rusiya sülhaxtarışlı dəxalət edir. Rusiya Ermənistan və Azərbaycanı Avrasiya İttifaqına cəzb etməklə qərbin, xüsusilə də Amerika və NATO-nun Qafqaz məntəqəsində nüfuzunun qarşısını almağa cəhd edir. Rusiya, Qarabağ məsələsindən qərblə münasibətlərinin tənzimlənməsində faydalanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button