ArxivXəbər lentiXəbərlər

İmişlidə qəbirlərin başdaşları sındırılıb

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi İran prezidenti Həsən Ruhaninin Azərbaycana olacaq səfərinə hazırlıq məqsədi ilə Bakıya səfər edib.

Mahmud Vaizi Bakı Beynəlxalq Hava Limanında jurnalistlər qarşısında verdiyi açıqlamada İran prezidentinin qarşıdan gələn həftənin əvvəllərində Bakıya səfər edəcəyinə və bu səfərin sonunda İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşün baş tutacağına işarə edərək, deyib: Bu mühüm səfər üçün hazırlıq işlərinin görülməsi həmçinin, ölkə prezidentləri tərəfindən imzalanması üçün nazirliklər və təşkilatlar tərəfindən sənədlərin yekunlaşdırılması mənim və məni müşayiət edən heyətin Bakıya olan səfərinin əsas məqsədidir.

Vaizi ölkə prezidentlərinin ikitərəfli və üçtərəfli müzakirələrində araşdırılacaq iqtisadi məsələlərin araşdırılmasını Bakıya olan səfərinin digər proqramlarından adlandırıb və deyib: Ümidvaram bu səfər həm Tehran-Bakı, həm də İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əlaqələrin inkişafında səmərəli olsun.

Mahmud Vaizi bu gün günortadan sonra azərbaycanlı həmkarı Ramin Quluzadə ilə görüşüb, danışıqlar aparacaq.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşlərin həyata keçirilməsi habelə, prezidentlərin görüşündə imzalanacaq sənədlərin hazırlanması üçün ekspertlər iclasına iştirak cənab Vaizi və onu müşayiət edən heyətin Azərbaycan olan səfərinin əsas proqramlarıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button