Məhkəmə ANS-in iddiasını təmin etmədi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmə iclası keçirilib.
Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.
Məhkəmə ANS-in iddiasını təmin etməyib. ANS məhkəmə qərardadından şikayət təqdim edib.
Məhkəmənin növbəti prosesi avqustun 16-a təyin olunub.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib.
ANS serialın qəbul edilməsini və ayrılmış vəsaitin MTRŞ tərəfindən televiziyaya ödənilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. (Trend)