ArxivXəbər lentiXəbərlər
“Azadlıq” qəzetinin direktoru saxlanıldı

Onun hara və nə üçün aparıldığı haqda məlumat yoxdur.
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb.
Bu barədə azadliq.info məlumat verib. Maliyyə direktorunun mülkü geyimli şəxslər tərəfindən tutulduğu deyilir. Onun hara və nə üçün aparıldığı haqda məlumat yoxdur. Faiq Əmirli saxlanılandan sonra onun yaşadığı evində axtarış aparılıb. Axtarışın Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən keçirildiyi bildirilir.