Deyəcəm, inanmayacaqsınız – Nardaran məhkəməsindən

Eldəniz Quliyev Fesybuk səhifəsində yzır
Bu gün növbəti dəfə “Nardaran işi” adlandırılan məhkəmədə iştirak edirdim. Zərərçəkmiş qismində “bandotdelin” polkovniki İSLAM AGABƏYOV adlı birisi ifadə verirdi… Və o, ifadələrini səsləndirdiyi zaman… möcüzə baş verdi! Bəli, əsl möcüzə – “adam” elə ordaca, elə danışa-danışa öz adını da, soyadını da salıb itirdi… Hamı da bunun şahidi oldu.Yəni əvvəl “İslam” deyilən anlayış göz qabağındaca qeybə çəkildi; daha sonra, soyadından “ağa” da, “bəy” də acıqlı-acıqlı atılıb ayaqları altına düşdü və… onların hər ikisi bir göz qırpımındaca sivişib aradan çıxdı… İlk dəfəydi görürdüm: məhkəmə qarşısında adını-familyasını bilmərrə itirmiş birisi dayanmışdı, daha dəqiqi: ifadə verən həmin o “adam”… HEÇ KİM idi!..
Sonra deyirlər möcüzəyə-filana inanmayın!..
Tanınmış ictimai siyasi xadim, rejissor Eldəniz Quliyev