Türkiyədə 30 avqust Qələbə bayramı tədbirləri çərçivəsində, Taksim meydanında keçirilən mərasimdə bir ilk yaşanıb.
qadın polislərin hicab geyinməsinə sərbəstlik verilməsindən sonra, bir qadın polis rəisi, mərasimə hicabla qatılıb.
Qeyd edək ki, Türkiyədə qadın polislərin hicabdan istifadə etməsinə icazə verilməsi təhlükəsizlik xidməti əməkdaşlarının geyim qaydalarına edilən dəyişiklikdə əksini tapıb. Qadın polislərin hicab geyinməsini əngəlləyən maddə bu şəkildə dəyişdirilib: “Şapka, papaq və üzü örtməyən, bəzəksiz, uniforma rəngində baş geyimlərini çıxmaq şərtilə, rəsmi geyimlərin içərisinə kənardan görünəcək şəkildə jaket, jilet və bənzər geyimlər geymək qadağandır”.