ArxivXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirik – Ceyms Uorlik

“Biz Ermənistan və Azərbaycan prezidentlərinin yeni görüşünü təşkil etmək istərdik”.

SalamNews xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “İnterfax”-a müsahibəsində bildirib.

“ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün eyni baxışa malikdirlər. Onlar Vyanada, Sankt-Peterburqda əldə edilmiş razılıqların həyata keçirilməsini istəyirlər”, – C.Uorlik bildirib.

Həmsədr əlavə edib ki, üzv ölkələr Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlərini təşkil etmək istəyirlər: “BMT-nin Baş Assamableyasının sammiti çərçivəsində hər iki ölkənin XİN rəhbərlərinin görüşü olacaq. Ümid edirik ki, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin də bu sammit çərçivəsində görüşü baş tutar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button