ArxivXəbər lentiXəbərlər

Azərbaycan ordusu raket və artilleriyasını işə saldı – FOTO

Şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyindəki hədəflər məhv edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.

Müdafiə NAzirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button