ArxivXəbər lentiXəbərlər
“Təəssüf edirik ki, Azərbaycan hökuməti…” – AŞPA missiyası

“Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venetsiya Komissiyasına müraciət etməyib”.
Bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.
O, nümayəndə heyətinin AŞPA bürosunun Venetsiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: “Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq”.
A. Nikoloski referendum kampaniyasi zamanı bir neçə aktivistin müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini qeyd edib.(apa)