Ruhullah Axundzadəni öldürmək istəyiblər?

Ruhullah Axundzadənin oğlu Məhəmmədəli Axundzadə məktub göndərib
Məktubda o atasına qarşı qərəzli mövqeydən şikayətlənir. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Artıq 2-ci aydır ki, Ruhullah Axundzadə Penitensiar Xidmətin müalicəmüəssisəsində müalicə alır. Doktorlar Ramiz, Mehman, Vüsalə vədigər 2 kardioloq xanımların müayinə və müalicəsi bu günə kimi lazımi nəticəni verməyib. Çünki Ruhullah Axundzadə kimi ağır infarkt keçirən xəstə məhbusa, lazım olan şərait yox dərəcəsindədir. Hansı ki, elə 1-ci gündən xərəklə gətirilməyinə baxmayaraq ona qarşı səhlənkarlıq edilib və Ruhullah Axundzadə 2 gün Terapiya şöbəsinin dəhlizində gecələməli olub. Hal-hazırda da 15 nəfərlik palatada yataq rejiminə əməl etməyi doktorlar ciddi tələb edirlər. Lakin, həkimlərin heç biri RuhullahAxundzadə kimi xəstənin müalicəyə ehtiyac duyulan ən əsas şərtinə əməl edə bilməməkdədirlər. Biz bu yaxınlarda hiss etmişik ki, RuhullahAxundzadə ilə razılaşdırılmadan həkim kollektivi, onun üzərində təcrübə aparmaqdadırlar. Hətta qan analizlərini belə aparmaq üçün kənarda hansısa laborotoriyalara müraciət olunmalıdır. Ən adi dərmanlar, sistemlər (infarktla əlaqəli) tərəfimizdən alınıb, R. Axundzadəyə iynə kimi vurulur, ya da göstəriş əsasında tablet kimi qəbul edilir. Deməli dərman qutularına yazılan qaydada təyin olunmuş dərmanları elə Cəza Çəkmə Müəssisəsində də qəbul etmək olar, elə orada da kardioqrammanı əldə etmək olar, dərman pereparatlarını da həmişə aldığımız kimi yenə də alıb oraya göndərmək olar. Daha Penitensiar Xidmətin Müalicə Müəssisəsinə nə gərək var idi? Onu da qeyd edək ki, R.Axundzadə infarkt keçirməmişdən öncə səhhətində problemləri hiss edib və həbsxananın tibbi hissəsinə müraciət edib. Müalicə almaq istəməsinə müxtəlif bəhanələrlə “yox” cavabı verilib. 2 gündən sonra o infarkt keçirib. İnfarkt keçirdikdən sonra Müalicə Müəssisəsinə gətirilməsində olunan səhlənkarlıqla və ondan sonra Terapiya şöbəsinin dəhlizində 2 gün gecələməsi ilə onu öldürmək istəmişlər. Biz aidiyyəti qurumlardan bu işə təcili aydınlıq gətirilməsini tələb edirik!
Ruhullah Axundzadənin ailəsi”