ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının 2-də Kərbəlada hansı hadisələr baş verib?

Hicri ilinin 61-ci ilində Məhərrəm ayının ilk günündə İmam Hüseyn Kufənin ətrafına çatmışdı. İmam bu zaman Aşura qiyamının ilk şəhidi olan əmisi oğlu və səfiri Muslim ibni Əqilin şəhadət xəbərini eşitmişdi. Buna görə Məhərrəmin ilk günündə Muslim ibni Əqilin şəninə sinəzənlər deyilir və əzadarlıq saxlanılır. Bəs ayın ikisində hansı hadisələr baş verib?

İslaminSesi – İmam Hüseyn Məhərrəm ayının ikisində  Kərbəlaya daxil oldu. İmam bu hansı yerdir soruşduqda, ona bura Kərbəladır dedilər. Bu zaman İmam buyurdu: “İlahi sənə sığınıram Kərb və bəladan”

Əslində İmam Hüseynin istiqaməti Kufəyə idi. Lakin Ubeydullah ibni Ziyadın əmri ilə Hürr ibni Yəzid Riyahi ordusu ilə İmamın qarşısını aldı və onu istiqamətini səhraya doğru dəyişməyə məcbur etdi. Nəticədə Aşura karvanı suyu olmaya quru biyaban olan Kərbəlaya gəlib çıxdı. Bu İmamın son ortaq etdiyi yer oldu.

Tarixi faktlara görə,  İmam Huseyn Kərbəlaya çatanda nələrin baş verəcəyini təxmin etmişdi. İmam Kərbəla çölundə 36 kvadrat kilometr torpaq sahəsini 60 000 dirhəm pula Neynəva və Ğaziriyyə camaatından özünün və şəhidlərin cəsədlərinin dəfni üçün satın aldı. İmam onlarla şərt kəsir ki, ziyarətə gələn camaata bələdçilik eləsinlər və ziyarətçilərə 3 gün qonaq kimi qulluq etsinlər.

Bəzi Məqtəl araşdırmaçıları bu günün həzrət Zeynəbə müxtəss olduğunu yazıblar. Buna görə Məhərrəmin ikinci günündə daha çox həzrət Zeynəbin şəninə mərsiyyələr və rövzələr oxunur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button