ArxivXəbər lentiXəbərlər

İki Astara arasında dəmiryolu körpüsü 15 günədək istifadəyə veriləcək

İranın Astara şəhərinin icra başçısı İran ilə Azərbaycan Respublikası arasında dəmiryolu körpüsünün inşa əməliyyatının sona çatmaqda olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, Sirus Şəfəqi bu gün Astara-Astara dəmiryolu körpüsünün icra əməliyyatına baxışı zamanı deyib: Layihənin əməliyyat inkişafı qənaətbəxşdir və 15 günədək təkmilləşəcəkdir.

Şəfəqi deyib: İran ilə Azərbaycan Respublikası arasında qarşılıqlı öhdəliklərə əsasən Astarada iki ölkənin dəmiryolları 2016-cı ilin sonunadək biri-birinə qovuşdurulmalıdır . Bu istiqamətdə qatar və avtomobilin hərəkəti üçün iki körpü, eləcə də Astarada 5 milyon ton tutumu olan yük terminalının inşasına start verilib.

Astaranın icra başçısı deyib: Şimal-cənub dəhlizi layihəsinin reallaşması və İranın dəmiryolu şəbəkəsinin Azərbaycan Respublikasına qovuşması ilə regionda gözə çarpacaq iqtisadi canlanma baş verəcəkdir.

80 metr uzunluğu olan Astara-Astara dəmiryolu körpüsü Astaraçay sərhəd çayının üzərində salınıb. Bu körpü vasitəsi ilə İran ilə Azərbaycan Respublikası dəmiryolu şəbəkələri biri-birinə qovuşacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button