ArxivIslamXəbər lentiXəbərlər
3 gün evə gəlməyən dindarın sorağı həbsxanadan gəldi

Bu barədə İslamazeri.az-ın redaksiyasına məlumat daxil olub
Məlumatda bildirilir ki, “Təbriz Quliyev adlı şəxs 3 gün evə gəlmədiyinə görə, ailəsi çox narahat olub və axtarışlara başlayıblar. Axtarışlardan sonra məlum olub ki, T.Quliyev Binəqədi rayonunda yerləşən müvəqqəti saxlama təcridxanasında saxlanılır.
Binəqədi təcridxanasından bildirilib ki, o, başqa 2 nəfərlə birgə Sabunçu rayon polisləri tərəfindən saxlanılaraq həbs olunub. Onların hansı səbəbdən tutulması barədə dəqiq məlumat verilməyib”.
Həmçinin qeyd edilib ki, Təbriz Quliyev inanclı şəxsdir.