ArxivIslamXəbər lentiXəbərlər

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının 9-cu sessiyası keçirilir. 22 müsəlman ölkəsindən nümayəndələrin qatıldığı Ali Şuranın görüşü oktyabrın 22 və 23-də keçiriləcək.

Deyerler.org-un verdiyi xəbərə görə, iki günlük konfrans İslam Oyanışı Baş Assambleyasının baş katibi doktor Əli Vilayətinin nitqi ilə başlayıb.

İslam alimləri, ictimaiyyət nümayəndələri və İraq rəsmilərinin qatıldığı toplantının iştirakçılarının əksəriyyəti əhli-sünnü məzhəbindən olan nümayəndələrdir.

Konfrans Mosul şəhərinin İŞİD vandallarından təmizlənməsi əməliyyatlarının fonunda keçirilir. Konfransa İraq baş naziri Heydər Əl-Abadi, İraq Ali İslam Şurasının baş katibi Seyyid Əmmar Həkim, İraq vitse-prezidenti Nuri əl-Maliki və digər qonaqlar qatılıb.

Qeyd edək ki, Ali Şuranın toplantısında Azərbaycandan da nümayəndələr, o cümlədən Hacı İlqar İbrahimoğlu, Hacı Sərdar Hacıhəsənli də iştirak edir.

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button