ArxivIslamXəbər lentiXəbərlər

Sabahdan Türkiyənin 300 kinozalında Həzrəti Məhəmməd (s) filmi nümayiş olunacaq

Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən “Həzrəti Məhəmməd: Allahın elçisi” filmi, oktyabrın 28-dən etibarən Türkiyədə nümayiş olunacaq.

Maide.Az İran KİV-lərinə istinadən məlumat verir ki, film Türkiyənin müxtəlif şəhərlərində 300-dən çox kinozalda nümayiş olunacaq.

Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir “Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhmandır.

Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button