İran və Türkiyə arasında ticarət mübadiləsi həcminin artırılmasına səy göstərilir

İran və Türkiyə birgə iqtisadi komissiyasının iranlı həmsədri iki ölkə arasında ticarət mübadiləsi həcminin 30 milyard dollara qədər artırılması üzrə səylərin ciddi formada izlənilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi şənbə günü Tehranda Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi ilə görüşdə deyib: İki ölkə əlaqələrində birgə müsbət və ciddi baxış mövcuddur. Və bu iki ölkə əlaqələrinin daha da genişləndirilməsi üçündür.
Bu görüşdə həmçinin, iki ölkə arasında ticarət, bank, gömrük, nəqliyyat və turizm sahələri üzrə əlaqələrin genişləndirilməsi yolları araşdırılıb.
İran və Tükiyə birgə iqtisadi komissiyasının iranlı həmsədri bu görüşün ardınca jurnalistlərə verdiyi açıqlamada Türkiyədə dövlət əleyhinə çevriliş cəhdini tənqid edərək, deyib: Türkiyə dövləti və xalqı bu çevriliş qarşısında çox müdrik davrandı və qalib gəldi və İran da elə ilk andan Türkiyədə qanuni dövləti və bu ölkə xalqını çevriliş qarşısında himayə etdi.