ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda “Dünyada Aşura” adlı beynəlxalq konfrans keçirildi (Foto)

Ahlibeyt.ge xəbər verir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən DEVAMM, Gənc Əhli-Beyt (ə) sevərlər və Dəyərlər oxucular kulubu, Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumunun birgə təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dünyada Aşura” adlı beynəlxalq konfrans keçirildi.

Konfurans Kərbəlayi Vidadinin Quran tilavətindən sonra rəsmi açılış üçün söz DEVAMM-ın sədri, Deyerler.org-un baş redaktoru hüquq müdafiyəçisi ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluna verildi, çıxış edərək gələn qonaqları salamladı və qeyd etdi ki, artıq bu konfurans 3 ildir müxtəlif ölkələrdə keçirilir və çox gözəl uğurlar əldə olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxış edərək gələn qonaqlara xoş gəldiniz deyərək və bu üç nöqtəni məclis iştirkçılarına tövsiyə etdi.
İmam Hüseyn (ə) məclislərində bu üç nöqtəyə diqqət edək 1. Məclisləri elə qeyd edin ki, düşmən o məclisdən sui istifadə edə bilməsin. 2. Aşurayı insanlara müxtəlif yollar vasitəsi ilə çatdırmaq lazımdır. 3. Gərək Kərbəla hadisəsini bu günümüzlə tətbiq edək və günümüzün Yezid xislətli və İmam Hüseyn (ə) xislətli insanları müsəlmanlara tanıtdıraq.

Sonra Hacı Nuranın dünyada Aşura haqqında hazırladığı görüntüləri təqdim edib. Hacı Nuran öz təqdimatını 3 qismətə bölərək əvvəlcə qeyri-müsəlman ölkələrində Aşuranı çatdıran təşkilatlardan danışaraq onlardan bir neçəsinin fəaliyyətləri haqqında məlumat verib.

Daha sonra Asif Əzizov dünyada son bir ildə islamofobiyanın yayılması mövzusunda çıxış etdi.

Məşədi Mirəziz öz növməsində Əhli-beyt (ə) mübarək ziyarətgahlarınmdan dağıldılmasından və bərpasından danışdı.

Konfransın sonunda isə Al-mustafa Unversetinin Gürcüstandakı nümayəndəsi hacı Davud Zarii, hacı Rasim, hacı Ramin və hacı İlqar konfurans işirkçılarına təşəkkür etdilər və konfurans beynəlxalq səviyyədə keçdiyini qeyd etdilər.

“Fərəc” duası ilə konfrans başa çatdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button