49 ölkə İslam Ölkələrinin Həmrəylik Oyunlarında iştiraka hazır olduğunu bildirib

Azərbaycan Respublikasında keçiriləcək 4-cü İslam Ölkələrinin Həmrəylik Oyunlarında iştirak üçün indiyədək 49 ölkə öz hazırlığını elan edib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, İslam Ölkələrinin Həmrəylik Oyunlarının icraçı müdiri və Azərbaycan Respublikasının idman və gənclər naziri Azad Rəhimov bu gün axşam bu oyunların koordinasiya komissiyasının dördüncü iclasının kənarında bir mətbuat konfransında bu xəbəri verərək, deyib: Ölkələrin bu yarışlarda iştiraka öz hazırlıqlarını elan etmələri üçün hələ zamanın qaldığına görə, ümid edirik ki, bu müddətdə digər islami ölkələr də iştiraka öz hazırlıqlarını elan edəcəklər.
O, əlavə edib: Bu yarışlarda 3000-3500 idmançının iştirakı üçün proqramlaşdırma aparmışıq.
O, söyləyib: Gələn il mayın 12-dən 22-dək Bakıda keçiriləcək bu yarışlarda bu ölkələrin bir növ həmrəyliyi, sülh və dostluğu nümayiş etdiriləcək.