AİP lideri Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilərək karsa salınıb

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir.
AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza ÇƏkmə Müəssisəsinə köçürülüb. Bu barədə “İslamınSesi”nə Mövsüm Səmədovun yaxınları məlumat veriblər. Verilən məlumatda o qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.
Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır. Vəkil CÇM-də görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət ünvanlayacaq.
“İslamınSesi”nə açıqlama verən Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.