İlham Əliyevə ilk təbrik Türkiyədən gəldi

“Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi qələbə münasibətilə təbrik edib”
Türkiyə prezidenti Abdulla Gül İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bu haqda “Anadolu” Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, İlham Əliyevlə telefonla danışan A. Gül seçkilərinin nəticəsi ilə əlaqədar təbriklərini çatdırıb. Azərbaycan dövlət başçısı təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın vaxtlarda Türkiyəyə edəcəyini söyləyib. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidentini yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.
veteninfo