ArxivIslamXəbər lentiXəbərlər

Nigeriya məhkəməsi Şeyx Zəkzaki barədə qərarını açıqladı

FaktXəbər-in versdiyi məlumata görə, Abucada yerləşən Nigeriya Federal Ali Məhkəməsi cümə günü bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzakininvə həyat yoldaşının 45 gün ərzində azad olunmasına dair hökm çıxardıb.

Bu hökmə əsasən Nigeriya Təhlükəsizlik Qüvvələri 45 gün ərzində Şeyx Zəkzaki və həyat yoldaşını polisə təslim etməli və polisdə ən geci 24 saat ərzində Şeyx Zəkzaki və xanımını sərbəst buraxmalıdır.

Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button