ArxivXəbər lentiXəbərlər

Rusiya prezidentindən Ali Dini Lider Ayətullah Xameneiyə məktub

Rusiya Prezidenti Vladimir Putin Ali Dini Lider Ayətullah Seyid Əli Xameneiyə məktub göndərib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 5-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Suryadakı vəziyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev məktubu Ayətullah Xameneinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayətiyə təqdim edib.

Məktubun məzmunu haqqında məlumat verməyən B.Qasimi deyib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 5-dən Tehranda səfərdədir. Onun sözlərinə görə, rusiyalı diplomat İranın xarici işlər nazirinin Ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Cabir Ənsari ilə görüşüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button