ArxivIslamXəbər lentiXəbərlər

İsrail və ABŞ-ın Şeyx Zəkzakilə bağlı gizli planları üzə çıxdı

“Mehrnews” xəbər agentliyi yayımladığı gizli məlumatlarında Nigeriya şiələrinin liderini təhdid edən təhlükələri gündəmə gətirib

İslamazeri.az xəbər verir ki, ölkənin islami hərəkatlarının verdiyi məlumata görə, Şeyx İbrahim Zəkzaki xanımı ilə birlikdə naməlum məkana köçürülüblər.

Məlumata görə, Nigeriya məhkəməsinin Şeyx Zəkzakinin sərbəst buraxılmasıyla bağlı xəbərlər ümüd doğursa da, ABŞ, İsrail rejimi və Ərəbistanın göstərdikləri təzyiqlər Şeyxə qarşı yeni təhlükələrdən xəbər verir. Birinci təhlükə məhkəmə tərəfindən qəbul olunan qərarın ləğv olunmasıdır. Bu ehtimal ona görə verilir ki, Nigeriya dövlətinin orqanları Sionist rejiminin əlindədir. İkinci təhlükə isə Şeyxin bioloji terror olunmasıdır. 6 ay öncə mötəbər mənbələrdən aldığımız məlumatlarda Şeyx Zəkzaki üçün İsraildə zəhərli dərmanların sifariş verilməsi bildirilirdi. Belə ehtimal olunur ki, Nigeriya hakimiyyəti Şeyxi sərbəst buraxaraq, onun 1 il ərzində təbii olaraq ölməsi üçün şərait yaradır. Üçüncü təhlükə isə “Boko-haram” terror qruplaşmasının Şeyx Zəkzakiyə hücum etməsidir. Bu ehtimal da, ABŞ-ın dövlət katibi Con Kerrinin Nigeriyaya səfərindən sonra qüvvəyə minib. Belə ki, Kerrinin ölkənin vəhhabi şəxsiyyətləri ilə gizli keçirilən görüşləri və “Boko-haram” üzvlərinin Şeyx Zəkzakini təhdid etməsi bu təhlili etməyə şərait yaradır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button