ArxivQadin və hicabXəbər lentiXəbərlər
Hicablı müsəlman qız Alamniya prezidentinin əlini havada qoyub Foto

Almaniya prezidenti Yoahim Qauku bu yaxınlarda müsəlman etiketinin xüsusiyyətləri ilə qarşılaşıb.
Hədəf14.az IslamNews-a istinadən xəbər verir ki, prezident Qauk Offenbax şəhərində olub, onu mühacirlərin və qaçqınların Avropa cəmiyyətinə inteqrasiyası ilə məşhur olan nümunəvi məktəbə dəvət ediblər. Səfəri zamanı o, şagirdlərlə görüşüb.
Almaniya prezidenti cərgəyə düzülmüş yeniyetmələrin əlini sıxıb. Növbə hicablı müsəlman qıza gəldikdə o, gülümsəyərək əlini sinəsinə qoyub və hörmət əlaməti olaraq başını əyib.
Məlum olduğu kimi, islam qanunlarına görə, əks cinsin nümayəndələri ər-arvad və ya yaxın qohum olmadıqları halda, bir-birinə toxuna bilməzlər.