ArxivXəbər lentiXəbərlər

QAT: Hərbi əməliyyatlara başlanılmalıdır

QAT Ali Məclisində ilə yekun vurulub.

İslamazeri.az-a daxil olan məlumata görə, Qarabağ Azadlq Təşkilatı (QAT) Ali Məclisinin bu ildə son iclası keçirilib. Təşkilatın Ali Məclisinin sədri Barat İmani ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Məruzədə QAT-nın İşğala və Terrora qarşı Beynəlxalq Forum çərçivəsində, digər təşkilatlarla birlikdə Ömürlük məhbusların, Qarabağ partizanlarının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin, Avropada diaspor fəalı İlhan Aşkının hüquqlarının müdafiəsi, həmçinin “xalq diplomatiyası”nın yeni formalarının işə salınması cəhdlərinə qarşı görülən tədbirləri, Gürcüstan və Türkiyədə Qarabağ həqiqətlərinə dair təbliğat işinin aparılması və digər məsələlərlə bağlı məlumat verilib, QAT-ın Ağsu, Naftalan, Şamaxı, Xaçmaz, Bərdə, Şəki təşkilatlarının səmərəli işi qeyd olunub. Məruzəçi sonra hazırkı vəziyyət, dünyada gedən yeni qütbləşmə prosesləri, Qarabağ ətrafında cərəyan edən hadisələr, irəli sürülən həll variantları və digər məsələləri şərh edib. Məruzə ətrafında Şamil Mehti, Cəfər Baxış, Elxan Rəhimov, Elşən Əlisoy, Şahmar İbrahimov,Nəzrin Quliyeva, İlqar Əli,Sevinc Axundova və digərləri çıxış ediblər.

Toplantının gedişində Xaçmaz rayon şöbəsinin sədri Mustafa Orucov 65 illik yubiley münasibəti ilə təbrik edilib.

Sonda Ali Məclis gələn il üçün görüləcək işləri, əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib, qəbul olunmuş qərarlarda xüsusi olaraq vurğulanıb ki, “xalq diplomatiyası”nın yeni və aldadıcı formalarının qarşısı qətiyyətlə alınmalı, Qarabağla bağlı görülən bütün işlər münaqişəsinin hərbi yolla həlli konsepsiyasına uyğunlaşdırılmalı, Azərbaycan yaranmış vəziyyəti dəyərləndirərək torpaqlarımızın azadlığı naminə Aprel döyüşləri praktikasını daha geniş miqyasda davam etdirməli, hərbi əməliyyatlara başlamalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button