ArxivXəbər lentiXəbərlər

Bakıda nigeriyalı müəllimə “qara meymun” deyib döydülər

“Bakı Metropoliteni”ndə Nigeriya vətəndaşını döyüblər.

Bu barədə “sputnik”ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

İnsident dekabrın 26-sı saat 17:30-da “28 May” metro stansiyasında baş verib. 1999-cu il təvəllüdlü Bakı sakini Emin Nəcəfzadə və 2000-ci il təvəllüdlü Hacıağa Məmmədli, 1980-ci il təvəllüdlü Nigeriya sakini Kinq Stanneynini döyüblər.

Nəticədə nigeriyalı Kliniki Tibbi Mərkəzə yardım üçün müraciət edib. Xuliqanlıq faktı üzrə aparılan ilkin araşdırma zamanı məlum olub ki, azərbaycanlılarla nigeriyalı arasında münaqişə təhqir üstündə başlayıb.

Gənclər Stanneyniyə Azərbaycan dilində “qara meymun” deyiblər və bilməyiblər ki, afrikalı dilimizi bilir. Meymunla müqayisə edildiyini görən nigeriyalı dözməyərək Nəcəfzadə və Məmmədliyə yumruq atıb.

Bundan sonra onlar arasında dava başlayıb. Gəncləri ətrafdakı insanlar sakitləşdirib və hadisə yerinə polis əməkdaşları gəliblər. Nigeriyalı isə təkcə Azərbaycan dilini deyil, ingilis dilini də bilir və Bakıda repetitorluqla məşğul olaraq xalqımızın balalarına ingilis dilini öyrədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button