Kaliforniyada müsəlman qadınları üçün hicablı polis forması tәklif edildi

ABŞ-ın Kaliforniya ştatının Lonq Biç rayonunun polis idarəsi uniforma siyasətini dəyişdirməyə qərar verib. Beləliklə, müsəlman polis qadınların xidmətləri zamanı hicablı formada vəzifələrini icra edə biləcəklər.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Amerika müsəlmanlarının hüquqlarını müdafiə edən Amerika-İslam Əlaqələri Şurası təşkilatı Long Beach polisinin bu qəraına görə təşəkkür edib.
Lonq Biç rayon polis rəisi Robert Luna mətbuata açıqlamasında belə danışıb: “Biz bütün insanların hüquqları və dini inanclarına hörmət edirik. Bu məsələnin həssaslığını başa düşürük. Amma bizim siyasətlərimiz hər kəsin təhlükəsizliyini təmin etməyə yönəlib”.
Robet Luna yazdığı məktubunda, Lonq Biç polis idarəsindəki hicab qadağa siyasətinin dəyişdirilməsi əmrini verib.