Aktual

Ey qəflət içində yatan insan, belə getməz! …… Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Azərbaycan Respublikası dini tərkib baxımından İslam dünyasının ikinci şiə ölkəsidir. Lakin daxili və xarici təşkilatların bir çoxu siyasi ambisiya və təhlükəsizlik bəhanəsilə çalışırlar ki, bu ölkənin şiə əhalisinin sayını az göstərsinlər. Amma mötəbər sənədlərdən əldə edilən məlumatlara əsasən, bu ölkənin müsəlman xalqının 80 %-dən çoxunu şiələr təşkil edir.
İstənilən ölkənin əhalisi ilə tanışlıq mütaliə və elmi proqramlara əsaslanmalıdır. İctimai elmlər üzrə tədqiqatçılar bu yöndə dəqiq araşdırma imkanına malik olurlar. Amma üçüncü dünya ölkələrinin, o cümlədən Azərbaycanın problemlərindən biri də qəbul edilmiş elmi standartların, universitet səviyyəli qurumlarda münasib statistikanın mövcud olmamasıdır. Bu ölkədə ardıcıl statistika qeydiyyatı aparılmır. Statistika hökumətin siyasi istək, hədəf və niyyətlərinə uyğun olaraq dəyişdirilir, xüsusi səliqə və hədəflərə əsasən təsvir, təhlil və təfsir edilir. Dini və milli statistikanın ictimaiyyətə təqdim olunması zamanı siyasi, ictimai və təhlükəsizlik məsələləri nəzərə alınır. Dövlət dairələri tərəfindən elan edilən rifah statistikasına əsasən, əhalinin vəziyyətinin yaxşı olduğu görünür. Bəs müşahidələr nə deyir? Beynəlxalq araşdırma və göstəricilərə əsasən, bu statistika üçüncü dünya ölkələrinə daha yaxındır. Bu ölkə müxtəlif millətlərin yaşadığı və əhalinin mürəkkəbliyi baxımından 10 milyondan az əhalisi olan ölkələrdəndir. Amma bu ölkənin milli tərkibi, millətlərin çoxluğuna rəğmən, siyasi və təhlükəsizlik məsələlərini nəzər almaqla dəyişdirilir. Bu məqalədə son 20 ildəki rəqəmləri, müşahidə və araşdırmaları, daxili və beynəlxalq mütaliə mərkəzlərinin hesabatlarını, əmsal göstəriciləri və əhalinin tərkibini, o cümlədən inkişaf, yerləşmə, cinsi və yaşla bağlı nisbəti, qocalıq və cavanlıq, təminetmə yükü, doğum, ölüm, müvazinət bərabərliyi, təqaüdçülərin nisbəti, islah və indeks yolları ilə müqayisə edərək çalışmışıq ki, Azərbaycan Respublikasının şiə əhalisinin şəffaf, dəqiq və həqiqətə yaxın təsvir və təhlilinə nail olaq. Eyni halda, məqalədə əhalinin milli, tayfa mənsubiyyəti, milli azlıqlar, dini firqələr, şiələrin coğrafi yerləşmələri, habelə şiələrlə digər İslam məzhəblərinin, qeyri-islami dinlərin ardıcıllarının əlaqələri araşdırılmışdır.
bu ölkənin müsəlman əhalisi dini mərasimləri yerinə yetirmək və İslam şüarlarına təzim üçün məscid azlığından əziyyət çəkirlər, dini təlimlərdən məhrumdurlar.
Digər tərəfdən, bu ölkənin Milli Məclisində bir qanun qəbul edilərək ölkənin icra orqanlarına verildi. Hədəf Azərbaycan Respublikasında bütün dini işlərin nəzarətdə olmasıdır. Qanunun maddələrinə əsasən, dini qurumlara nəzarət edə bilməyən dövlət onların yenidən rəsmi fəaliyyət icazəsi almaq üçün dövlət qeydiyyatından keçməsini zəruri sayır. Qeydiyyatdan keçməyənlərin fəaliyyəti qeyri-qanuni elan ediləcək və fəaliyyətinə xitam veriləcək ( dövlətin ideoloji xəttinə uyğun olanlar fəaliyyət göstərəcək, müxalif olanlar işini dayandıracaq). Xaricdə təhsil almış şəxslər isə dini fəaliyyət və təbliğlə məşğul ola bilməzlər (Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, sədr müavini Salman Musayev Azərbaycan Respublikasından kənarda təhsil almışlar), heç bir dini mədrəsə dövlətin nəzarət və icazəsi olmadan fəaliyyət göstərməməlidir.
Bu gün media xalqın tələb və istəklərinin dövlətə ötürülməsində ən təsirli vasitələrdəndir. Buna görə də çalışırlar ki, xalqla əlaqə yaratmaq, xalqın problemlərini müxtəlif yollarla, misal üçün, dövlətlərin siyasətlərini, proqramlarını tənqid edərək, xalqın problemləri ilə bağlı telereportajlar hazırlamaqla məsul şəxslərə çatdırmaq və s. yollarla günbəgün öz izləyicilərinin sayını artıqmağa və bir-birini üstələməyə çalışırlar.
Əlbəttə, bu rəqabətlərdə müvəffəqiyyət və qələbənin zəruri şərti xalqa meylli olmaq, xalqı və onların istəklərini dəqiq tanımaqdır. Fikir, maddi və digər baxımlardan müstəqil olmaq bu rəqabətin təsirli tərkibidir. Bu və ya digər informasiya vasitəsinin müstəqillik yollarından biri onların partiyaların, siyasi fraksiyaların içində yaranması, dövlətə bağlı olması yox, xalqın içindən formalaşmasıdır.
Təcrübə göstərmişdir ki, media partiyalara, siyasi fraksiyalara, dövlətlərə bağlı olduğu zaman bir o qədər də xalqdan uzaq düşür. Bu gün əksər televiziya kanalları, xüsusilə özəl kanallar müxtəlif yollarla çalışırlar ki, xalqın dili və hakimiyyətlə xalq arasındakı vasitə olaraq cəmiyyətin gerçəklərini dövlətlərə aydın çatdırmaqda müstəqil, bitərəf və bir güclü əl kimi aparıcı və başlıca rol oynasınlar. Düzgün informasiyalaşdırma və şəffaflıqla fürsət ardınca gəzirlər ki, həm dövlətə cəmiyyətin yönləndirilməsi, ölkənin idarəsində kömək etsinlər, həm də xalqı dövlətin proqramlarını həyata keçirməkdə istiqamətləndirsinlər. Azərbaycan Respublikasının informasiya vasitələri və televiiya kanalları da bundan istisna deyillər. Bu kanallar həm özəl kanal adı daşıyırlar, həm özləri demişkən, dövlətə bağlı deyillər, müstəqil davranırlar və maddi, fikri və s. cəhətdən müstəqildirlər. Lakin bu ölkə kanallarının hazırladığı verilişlərə qısaca nəzər saldıqda onlarla xalq tələbləri arasında böyük uçurum, ayrılıq olduğunu görürük. Bu gün Azərbaycan Respublikasının 7 televiziya kanalınəinki xalqın içində olmağa, xalqın tələblərini, ehtiyaclarını dövlətə çatdırmağa, xalqla dövlət arasında vasitəçi rol oynamağa çalışmır, əksinə, başqatan, əyləncəli, məzmunsuz proqramla yayımlamaqla vaxtı doldurmağa çalışır.Bununla həm xalqı öz gündəlik problemlərindən uzaqlaşdırır, həm də xalqdan bir növ tənqid əhval-ruhiyyəsini alır. Buna görə də xalq yerli kanallara lazımi etimad göstərməyib yad kanallara sığınırlar.

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Bir gün alacaqlar verilən ruhu bədəndən,
Ya qismət ola, olmaya bir parça kəfəndən,
Tək-tək olacaq sorğu-sual qəbirdə səndən,
Bəsdir daha gəl eyləmə nöqsan, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Ey həcci ziyarət eliyən sahibi-dövlət,
Vardırsa kasıb bəndələrin də sənin əlbət,
Sən yağlı yesən amma kasıb çəksə əziyyət,
Qusdurmalıdır Tanrı sənə qan, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Bir məmmədəminçün kasıba tənə edirsən,
Amma bədəni çılpağa dollar da verirsən,
Əslində yetim həqqini zülm ilə yeyirsən,
Bir gün qalacaq xanəsi viran, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Ey qızları pozğunluğa vadar edən ərkək,
Gəl qeyrətə, mundar əməlindən daha əlçək,
Qoyma bu könül mülkünə tor qursun hörümçək,
Bir gün olacaqsan axı peşman, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Həzrət Əli təqvalı olub, sən nə edirsən?
Öz eşqinə sevdalı olub, sən nə edirsən?
Hər bir sözü mənalı olub, sən nə edirsən?
Boş-boş danışırsan elə dastan, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Dillərdə gəzir ayə, əməllərdə əsər yox,
Əmr etməyə arvadlara heç bizdə hünər yox,
İslamın adından savayı indi xəbər yox,
Ey təkcə adın dildə müsəlman, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Döndər başını bax dala gör bir nələr oldu,
Firon kimi insanlara dünya zəhər oldu,
Çox şahlıq edənlər dönüb axır nökər oldu,
Dünyaya edən canını qurban, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

İnsan daha bəsdir, bu cinayətlərə son qoy,
Töhmətlərə, böhtanlara, qeybətlərə son qoy,
Bidətlərə, rüşvətlərə, şəhvətlərə son qoy,
Gər etsə nəzər Xaliqi-Sübhan, belə betməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

İnsanlar azıb amma xəta yox bu zamanda,
Allah buyurub hər şeyi hikmətli “QURAN”da,
Səbr eylə Rasim naümid olma bu cahanda,
Axır gələcək Sahibi-dövran, belə getməz!

Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button