Meşkinşəhərdə keçirilən 19 Yanvar tədbirində: Azərbaycan xaqlı İslam və İrandan əl götürməyəcəyini sübut etdi

Doktor Nəsiryanfər dedi: “19 Yanvarın əsas mesajı islamsevərlik və iransevərlikdir. SSRİ imperatorluğu müdamadi olaraq müxtəlif vasitələrlə Azərbaycan xalqını İrandan uzaqlaşdımağa təlaş etmişdi. Ancaq xalq sübut etdi ki, İslam və İrandan əl götürməyəcək”.
Qafqaz Mədəniyyət Mərkəzi – Bu günləri Meşkinşəhərdə 19 Yanvar hadisəsinin uca tutulması münasibətilə universitet müəllim və tələbələri, siyasi və ictimai xadimlərinin iştirakı ilə tədbir keçirildi.
Toplantıda çıxış edən doktor Nəsiryanfər əvvəlcə Qafqaz regionu haqqında qısa məlumat verərək dedi: “Qafqaz məntəqəsi cənub və şimal olmaqla iki hissədən ibarətdir. Onun şimal hissəsində Azərbaycan, Gürcüstan və Etmənistan ölkələri yerləşir. Şimal hissəsində isə yeddi muxtar respublika mövcuddur. Onlardan beşində müsəlman, ikisində isə xristian dininə mənsub cəmiyyətlər yaşayır”.
O, əlavə edib: “Qafqaz məntəqəsi əvvəldən strateji əhəmiyyət daşıyıb, xristian, yəhudi və müsəlman dinlərinə özündə yer verib, onları birləşdirib. Sosioloqlar Qafqazın etnik cəhətdən mozaik bir region olduğunu qeyd edirlər. Belə ki, məntəqədə müxtəlif dillərdə danışan əlli tayfa bir yerdə yaşayır”.
Doktor Nəsiryanfər həmçinin vurğuladı: “Qafqazın ərazisi 4 min km² təşkil edir və təqribən 27 milyon nəfər cəmiyyət yaşayır. Bu region qədim zamandan Rusiyanın xəlvət həyatı sayılmışdır.
İki yüz il bundan öncə Gülüstan və Türkmənçay müqavilələri imzalanana qədər Qafqaz məntəqəsi İranın ərazisi olmuşdur və əsrlər boyu İran mədəniyyəti və mənəviyyatı ilə yaşamış və inkişaf etmişdir. Hal-hazırda da İran və İslam mədəniyyəti bu məntəqədə mövcuddur”.
O, əlavə etdi: “O zaman Qafqaz sakinləri SSRİ-nin tərkibindən çıxmaq barədə rəhbərliyə 10 min məktub yazmışdılar. İmperiya başçıları müsəlmanların İrana sevgisini gördükdə məntəqədə anti-İran və anti-İslam siyasəti yürütdülər. Hal-hazırda da bu siyasətlər mövcuddur və öz məqsədlərinə çatmaq üçün musiqi, rəqs və s. kimi hərəkətləri pik həddinə çatdırıblar ki, bu vasitə ilə xalqın etiqadında süstlük yaratsınlar”.
Doktor Nəsiryanfər çıxışının davamında vurğuladı: “Sovet hökuməti müsəlmanların etirazlarına cavab verə bilmədikdə Türkmənçay və Gülüstan müqavilələrinin müddətinin bitdiyini ortaya atdı. Halbuki, müqavilənin mətnində “əbədilik” qeyd olunmuşdur”.
O, böyük yazıçıların yazı və əsərlərində Qafqaz məntəqəsinin İranın tərkib hissəsi olduğu vurğulandığını da qeyd etdi.
19 Yanvar hadisəsinə işarə edən doktor dedi: “Müstəqillikdən bir neçə il sonra çox ayıq-sayıq adam olan Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra heç bir bağlılığı olmayan 31 dekabrı dünya azərilərinin həmrəylik günü elan etdi. Hər il bu münasibətlə bəyanat yaydı və özünü dünya azəridillilərinin rəhbəri kimi təqdim etdi. Heydər Əliyevdən sonra hakimiyyət başına gələn İlham Əliyev də həmin siyasətləri izlədi”.
O, həmçinin dedi: “19 Yanvar hadisəsinin əsas mesajı islamsevərlik və iransevərlikdir. Onlar mütəmadi olaraq bu vasitələrlə Azərbaycanı irandan uzaqlaşdırmağa təlaş edirdilər. Ancaq xalq bu gün sübut etdi ki, İran və İslamdan əl götürməyəcək. Hal-hazırda da İran İslam Respublikasına çox sevgi və iştiyaqları vardır”.