İslam İnqilabı müasir əsrimizin misilsiz inqilabıdır

Azərbaycan Respublikası Birlik partiyasının sədri İran İslam İnqilabını münasir dövrün misilsiz inqilabı adlandırıb.
Səhər Beynəlxalq Televiziyası Azəri redaksiyasının məlumatına görə, Azərbaycan Birlik Partiyasının sədri Xudu Xuduyev Fəcr Ongünlüyü münasibəti ilə İran xalqı və dövlətini təbrik edərək deyib: İran İslam İnqilabı sayılı inqilablardan biridir və insanların məlumatlandırılması səviyyəsinin yüksəldilməsində təsir göstərdi.
Azərbaycan Birlik partiyasının sədri əlavə edib: Əgər İmam Xomeyninin (rə) rəhbərliyi ilə Pəhləvi rejiminə qarşı İslam İnqilabı baş verməsəydi, İslam dini və islam mədəniyyəti çoxlu problemlərlə üzləşərdi.
Xudiyev deyib: İmperializm siyasətlərinin məğlubiyyəti İran İslam Respublikasının banisi Həzrət İmam Xomeynin (rə) rəhbərliyi ilə İslam İnqilabının önəmli nailiyyətlərindən biri idi.
İranda İslam İnqilabı 1979-cu ildə qələbəyə çatmaqla dünyanın bir çox böyük qüdrəti, o cümlədən Amerikanın region ölkələrindəki hesablamaları çoxlu dəyişikliklərə məruz qaldı. Ağ Evin imperialist siyasətləri və avanturasına qarşı atılan addımları buna misal göstərmək olar.