ArxivIslamXəbər lentiXəbərlər
1 dəqiqəlik moizə: Köhnə gəmi ilə dənizə çıxma

Bu köhnə gəmi ilə dənizə çıxma. Yəni bu köhnə mərifətlə yol getmə. Allah rəhmət etsin mərhum Əllamə Cəfərini. Bu şeri çox oxuyurdu:
Bezaram, sənin tanıdığın köhnə Allahdan
Hər an mənim üçün təzə bir Allah var.
Allah təzələnmir. Mərifət təzələnməlidir. Nə qədər bu köhnə mərifətinə qane olmaq istəyirsən?! Bəs, nə vaxt dəyişəcəksən?! Bu aləm, dərin dəryadır, boğularsan! Bağlılıqlarını kənara qoy ki, həqiqətə çatasan.
Ustad Füruği