Xəbərlər

Qarabağ Azadlıq Təşkilatı Rusiyanın anti-Müsəlman siyasətlərinə etirz etdi

Biz Rusiyada azərbaycanlılara qarşı çirkin, irqçi kampaniyanın aparılmasını, azərbaycanlılara qarşı təzyiq və təqiblərin təşkilini, onların ticarət və digər müəssisələrinin dağıdılmasını, talan edilməsini, Orxan Zeynalovun saxlanılarkən zora məruz qalmasını, təhqir edilməsini, məhkəmə qərarı olmadan cinayətkar elan edilməsini qətiyyətlə pisləyir və hesab edirik ki, Azərbaycan hökuməti bu cür anti-Azərbaycan siyasəti yeridən Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır”.

Qarabağ Azadlıq Təşkilatı Rusiya rəsmi dairələri və mətbuatının azərbaycanlı Orxan Zeynalovla bağlı apardığı qərəzli kampaniyanı və anti-Azərbaycan təbliğatını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz günahı məhkəmə qərarı ilə sübut olunarsa, Orxan Zeynalovun istənilən cəzanı çəkməsinin tərəfdarıyıq. Lakin heç bir sübut olmadan Orxan Zeynalovun artıq cinayətkar elan olunmasını və bu hadisə üzərindən Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasını, Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsinin yaradılması və gücləndirilməsini yolverilməz hesab edirik.

Biz Rusiyada azərbaycanlılara qarşı çirkin, irqçi kampaniyanın aparılmasını, azərbaycanlılara qarşı təzyiq və təqiblərin təşkilini, onların ticarət və digər müəssisələrinin dağıdılmasını, talan edilməsini, Orxan Zeynalovun saxlanılarkən zora məruz qalmasını, təhqir edilməsini, məhkəmə qərarı olmadan cinayətkar elan edilməsini qətiyyətlə pisləyir və hesab edirik ki, Azərbaycan hökuməti bu cür anti-Azərbaycan siyasəti yeridən Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının fikrincə, Rusiya hüquq mühafizə orqanlarının qərəzli mövqeyini əsas götürərək və Orxan Zeynalovla bağlı obyektiv araşdırmanın aparılacağına heç bir inamın olmadığını nəzərə alaraq onun dərhal Azərbaycana ekstradisiya olunması təmin edilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button