bu bəyanatla İranın atom energetikası üzrə təşkilatının başçısı Əli Əkbər Salehi çıxış edib. Salehi bu sahədə Rusiyanın köməyinə ehtiyac duyduqlarını bildirib.
O, nüvə yanacağı istehsalı məsələləri üzrə Rusiyanın məsləhətçi kimi çıxış etməsi ilə bağlı razılıq əldə etdiklərini deyib:
“Beləliklə, iki il davam edən uzun və intensiv danışıqlardan sonra “yol xəritəsi”ndə anlaşdıq”.
İki ölkə arasında “yol xəritəsi” Salehinin müavini Bəhruz Kamalvandinin yanvar ayında Moskvaya səfəri zamanı tərtib edilmişdi.