ArxivIslamXəbər lentiXəbərlər

QMİ-də Xanım Fatimeyi Zəhranın (ə) şəhadət günü ilə bağlı mərasim keçirilib

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı və onun nəslinin davamçısı Həzrət Fatimeyi-Zəhranın (ə) şəhid edilən günü ilə bağlı anım mərasimi keçirilib.

din xadimlərinin, ilahiyyatçı alimlərin Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-kərimin tilavəti ilə başlayıb. Mərasimdə, həmçinin İslam dininin möhkəmlənməsi və Azərbaycanın ərazi bütövlüyü yolunda həyatlarından keçən şəhidlərin xatirəsi yad olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə keçirilən anım mərasiminin ənənəvi xarakter daşıdığını bildirib.
QMİ sədri ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait barədə danışıb: “Dindarlar Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar”.
Qeyd edək ki, mərasimdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam vəl müslimin Seyid Əli Əkbər Ocaqnejad da iştirak edib.

QMİ-də Xanım Fatimeyi Zəhranın (ə) şəhadət günü ilə bağlı mərasim keçirilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button