2016-cı ildə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə 2,2 milyondan çox hücum cəhdi olub.
Bunu “KasperskyLab” şirkətinin eksperti Sergey Lojkin bu gün Bakıda keçirdiyi brifinqdə bildirib.
Məlumata görə, hücum cəhdlərinin əksəriyyəti, yəni 84%-i Bakıda fəaliyyət göstərən şirkətlərə qarşı aparılıb.
Bundan başqa, Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.