ArxivXəbər lentiXəbərlər

Millət vəkili: “Pensiya yaşının artırılması çox doğru məsələdir”

Milli Məclisin yaz sessiyasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə olunacaq. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.

Millət vəkili Musa Quliyev sputnik.az-a deyir ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir: “Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir”.

“İnsanların pensiyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu yaxşı düzəlişdir” — deyə o bildirib.

Deputat: “İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button