Bakıda “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfrans keçiriləcək

Konfransın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Sabah Bakıda “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. İslamazeri.az-ın xəbərinə görə, bu darədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
“Hilton Bakı” otelinin “Sevda” zalında keçiriləcək tədbirdə Azərbaycanın və xarici ölkələrin dövlət və hökumət rəsmiləri, parlament üzvləri, elm və din xadimləri, Bakıda akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransda ““İslam həmrəyliyi ili” multikulturalizm ideyalarının və dinlərarası dialoq ənənələrinin məntiqi davamıdır”, “İslam həmrəyliyi terrorizm, islamafobiya və radikalizm əleyhinə mübarizədə”, “Heydər Əliyev siyasətində İslam həmrəyliyi”, “İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri” və digər mövzularda çıxışlar ediləcəyi, müzakirələr aparılacağı bildirilir.
Konfransda dünya ictimaiyyətinə Müraciətin qəbul edilməsi gözlənilir.