Azərbaycanda islamçılar Gülən Hərəkatı ilə əlaqədə suçlanıb

Azərbaycan Respublikasının televiziya kanallarından biri Müsəlman Birliyi Hərəkatı və onun rəhbərini Türkiyə hökumətinin müxaliflərindən Gülən Hərəkatı ilə əlaqədə suçlayıb.
Haqqı Deyənlər Müəssisəsinin bildirdiyinə görə, Azərbaycan Respublikasının Xəzər televiziyası Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onun üzvlərini Gülən Hərəkatının tərəfdarları və əlaltıları adlandırıb.
Haqqı Deyənlər Müəssisəsi öz Facebook səhifəsində Xəzər telekanalının Gülən Hərəkatı və Hacı Cavad məscidinin dağıdılmasına etiraz aksiyası haqda sənədli filmini yayımlayıb. Xəzər televiziyası Tale Bağırzadəni Gülən Hərəkatının Azərbaycandakı tərəfdarlarının başçısı adlandırılıb.
Sənədli filmin yayılması ilə yanaşı qeyd edək ki, Xəzər televiziyasının maliyyə dəstəkçisi Gülən Hərəkatı və Nurçular olmuşdur.
Azərbaycanda islamçılar və Müsəlmanlar Hərəkatı Birliyi gülənçilər və vəhhabilərin sərbəst fəaliyyətlərinin tənqidçilərindən olmuşlar.